Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-05-2024 , 21:17

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Vergi xidmətinin qarşısına qoyulan əsas vəzifə DSMF borcunun bağlanılmasıdır

Yeni Suraxanı  bələdiyyəsində "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakıyla görüş keçirilib. Bələdiyyə sədri Fuad Rəhimovun, bələdiyyənin vergi xidmətinin rəhbəri Mehdi Təhməzovun və bələdiyyənin BAMS proqramı üzrə  aparıcı məsləhətçisi Elşən Atakişiyevin iştirakıyla keçirilən görüşdə bələdiyyənin fəaliyyətindən, BAMS-ın ƏMDX- nin məlumat sisteminə inteqrasiya olmasının bələdiyyə büdcəsinə müsbət təsirindən, habelə bələdiyyənin fəaliyyətində üzləşdikləri problemlərdən danışaraq, bələdiyyənin hazırda qəsəbədə nüfuzunun artması üçün atılan addımlardan danışıldı.

Mart ayından fəaliyyətə başladığını qeyd edən sədr az vaxt ərzində həyata keçirilən layihələrə toxunaraq, ilk növbədə bələdiyyənin DSMF borcunun bağlanılması istiqamətində addımlar atıldığını və bununla bağlı kollektivdə bütün qüvvələrin səfərbər edildiyini bildirib. Vergi xidmətinin qarşısına qoyulan əsas vəzifə mövcud  DSMF borcunun bağlanılmasıdır.  Bunun üçün kollektivdə  artıq sağlam mühit yaradılır.

Sədr bildirib ki, BAMS -in ƏMDX- nin məlumat sisteminə inteqrasiya səbəbindən ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcəsinə  2000 manatdan artıq maliyyə vəsaiti daxil olub.

İri həcmli borcu olan vətəndaşlarla maarifləndirici söhbətlərin aparıldğını qeyd edən sədr cari ildə üç nəfər barəsində tərtib edilmiş akt icra və probasiya şöbəsinə göndərilmişdir. Bu istiqamətdən əldə ediləcək vəsaitin həcmi 1000 manatı keçir.

Bələdiyyə qulluqçuları bu günədək xəritənin verilməməsinin bələdiyyəyə  yaratdığı problemlərdən, vergi ödəyicilərinin bəzi hallarda vergiləri ödəməyə maraqlı olmamalarından danışıblar.

Görüşdə sənədsiz mənzil probleminin həll edilməsinin, toprağın təyinatının dəyişdirilməsinin prosedur qaydalarının  sadələşdirilməsinin  vacibliyi vurğulanmış, bununla yanaşı ünvan dəqiqliyi məsələsinin tezliklə həll edilməsinin bələdiyyənin problemlərinin həllinə yönələn addım kimi qiymətləndirilib.

Görüşdə BAMS proqramında qeydiyyata alınan vergi ödəyicilərinin sayının  3918 nəfər olduğu qeyd edilmiş və daha 2000 nəfər yaxın vergi ödəyicisinin qeydiyyata alınacağı bildirilmişdir. Vergi ödəyicilərinin qeydiyyatında müəyən təkrarçılıq hallarının olması vergi xidmətinin fəaliyyətinə  müəyyən problemlər yaratsa da bu istiqamətdə ciddi işlərin həyata keçirildiyi bildirildi.

Görüşdə Vüqar Tofiqli qaldırılan məsələlərə dair öz fikir və mülahizələrini görüş iştirakçıları ilə bölüşüb.

Belediyye.info

Rəylər

3 Rəy

Ceka

22-05-2024, 3 həftə əvvəl

Yeni Suraxanı belediyesi çox gözəl çalışır uğurlarıniz bol.olsun

Cavabla

Aynur Əskərova

23-05-2024, 3 həftə əvvəl

Yeni Suraxanı Bələdiyyəsi ailəsinə uğurlar arzulayıram 🇦🇿🇦🇿🇦🇿

Cavabla

Elşən

23-05-2024, 3 həftə əvvəl

Vuqar m.çox sag olun!Görülən işləri qiymətləndirdiyiniz üçün qiymətləndirdiyiniz və işıqlandırdığınıza görə sizə minnətdarıq.Sanki bizə yeni ruh verdiniz.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər